Bütün siyahı

Ulduzum mobil aplikasiyası yeniləndi!

Yenilənmiş “Ulduzum” mobil tətbiqetməsi: eksklüziv endirim və güzəştlərə çıxış imkanı!

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Ulduzum” mobil tətbiqetməsini yeniləyib.

“Ulduzum”u yükləmiş Bakcell abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin, yeni tətbiqetmə sayəsində istifadəçilər gün ərzində istifadə edilməyən kodlar, qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan “keşbeklər” və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir.

Yenilənmiş “Ulduzum” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:

iOS

Android

 

 

Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 300-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.

Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

Yüklənir