Ulduzum səyahətçi

Bakcell Ulduzumla hesabınızdakı milləri artırın

Artıq Bakcell-in Ulduzum istifadəçiləri Türk Hava Yolları şirkətinin “Miles&Smiles” proqramı üçün əlavə “miles”lar toplaya biləcək.

Ulduzumla “miles”lar toplamaq üçün Türk Hava Yollarının “Miles&Smiles” üzvlük nömrəsi olmalıdır və nömrənizə bağlanmalıdır.

  • Əgər siz “Miles&Smiles” üzvü deyilsinizsə, www.turkishairlines.com saytında qeydiyyatdan keçməklə proqramına üzv ola bilərsiniz.
  • “Miles&Smiles” üzvlük nömrəsini SMS ilə 5555 nömrəsinə göndərin (SMS pulsuzdur). Nümunə: “TKXXXXXXXXX”, burada XXXXXXXXX əvəzinə 9 rəqəmli üzvlük nömrəsi olacaq.
  • Yaxud üzvlük nömrənizi http://ulduzum.az/az/traveller-register səhifəsində Bakcell mobil nömrənizlə bir yerdə qeydiyyatdan keçirin.

Qeydiyyatdan keçməklə siz kampaniyanın bütün şərtlərini qəbul etmiş olursunuz.

“Miles”-ların toplanması

Hər bir Bakcell abunəçisi aylıq mobil rabitə xidmətlərindən istifadəyə görə, xərclədiyi məbləğə müvafiq olaraq “miles”lar toplaya bilər. Burada iki kateqoriya üzrə “miles”lar təqdim edilir.

Digər mobil operatorlardan Mobil Nömrənin Daşınması ilə nömrəsini Bakcell şəbəkəsinə daşıyanlar üçün

  • Ölkə daxilində xərclənən hər 1 AZN üçün - 3 mil
  • Rouminqdə xərclənən hər 1 AZN üçün - 3 mil

Ənənəvi Bakcell abunəçiləri üçün

  • Ölkə daxilində xərclənən hər 1 AZN üçün - 2 mil
  • Rouminqdə xərclənən hər 1 AZN üçün - 3 mil

Qeyd

  • MND ilə Bakcell şəbəkəsinə qoşulan nömrələr “Miles&Smiles” proqramında 2017-ci ildən sonra ənənəvi Bakcell nömrələri kimi “miles” toplayacaq;
  • Xərclənən məbləğ aşağı hədd üzrə tam ədədə kimi yuvarlaqlaşdırılır (3.35 AZN ~ 3 AZN, 33.85 AZN ~ 33 AZN və s.);
  • Qazanılan “miles”lar növbəti ayın 20-nə kimi hesabınıza əlavə ediləcək;
  • “Miles”-lar yalnız müştərinin özü tərəfdən ödənilən məbləğə müvafiq toplanacaq;
  • “Miles”-lər üzrə bütün suallar Türk Hava Yollarının “Miles&Smiles” proqramı tərəfindən cavablandırılır;
  • Mikroödənişlər üçün (topaz, UNEC və s.) sərf edilən məbləğə “miles”lar təqdim edilmir;
  • THY “Miles&Smiles” proqramının şərtləri və qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün BURAYA daxil olun.
Yüklənir