Daxil ol

Xoş gəldiniz, əziz dost!

Şifrəni yeniləmək

Parolu unutdunuz? Narahat olmayın, biz Sizə yardım edərik!

Ulduzum necə işləyir

Bütün Bakcell abunəçiləri Ulduzum proqramında iştirak edə bilər. Ulduzum proqramına qoşulmuş abunəçilər iki kateqoriyaya bölünür:

“Ulduzum Premium” kateqoriyasına aşağıdakı tələblərdən birinə cavab verən abunəçilər avtomatik olaraq aid ediləcəklər:

  • 5 ildən çox Bakcell şirkətinin abunəçisi olan
  • əvvəlki ayda balansına 15 AZN yükləmiş abunəçilər
  • Gold və Klass XXL tarifində olan bütün abunəçilər.

“Ulduzum”- Sadalanan şərtlərə uyğun gəlməyən abunəçilər Ulduzum kateqoriyasına aid ediləcəklər.

İstifadə qaydaları:

  • “1” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və proqrama qoşulun. SMS pulsuzdur.
  • *5555#YES yığın və ya “*” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli şifrə alın. SMS-in qiyməti 0.03 AZN.
  • Kodu Ulduzum partnyor şəbəkəsində təqdim edin və endirimdən faydalanın.

Əlavə məlumat:

  • “Ulduzum” proqramında hansı kateqoriyaya aid olduğunuzu müəyyən etmək üçün “STATUS” yazıb 5555 qısa nömrəsinə SMS göndərin (pulsuz).
  • “Ulduzum” proqramı haqqında ətraflı məlumat əldə etmək üçün, “INFO” yazıb 5555 qısa nömrəsinə SMS göndərin (pulsuz).
  • Siz gün ərzində 10 dəfə şifrə əldə edə bilərsiniz. Hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.
  • “Ulduzum” proqramından çıxmaq üçün “STOP” sözünü yazaraq 5555 qısa nömrəsinə SMS göndərin (pulsuz).