My Broker

İstifadə qaydaları

  • 1 yazıb 5555 qısa nömrəsinə SMS göndərin və proqrama qoşulun.

  • *5555#YES yığın və ya * yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli şifrə alın.

  • Aldığınız şifrəni Ulduzum partnyor şəbəkəsində təqdim edin və endirimdən faydalanın.

  • Qısa məlumat

    Ulduzum istifadəçilərinə “My Broker” gömrük təmsilçiliyi tərəfindən endirim təqdim olunur.

  • Ünvanlar
    Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1 1 saylı Bakı "ASAN xidmət" mərkəzi 3 saylı Bakı "ASAN xidmət" mərkəzi 4 saylı Bakı "ASAN xidmət" mərkəzi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Sumqayıt "ASAN xidmət" mərkəzi Bakı Baş Gömrük İdarəsi Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi Hava Limanı Kargo terminalı Heydər Əliyev Beynəlxalq Aeroportu
  • Telefonlar
    0124657284
  • Veb sayt
    www.mybroker.az/ www.facebook.com/MyBrokeraz
  • Ətraflı məlumat

    "My Broker" Məhdud Məsuliyyətli Cəmiyyəti 22 aprel 2016-cı il tarixindən etibarən gömrük brokeri qismində fəaliyyətdədir. “My Broker” ixtisaslaşmış gömrük təmsilçiliyi Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında ilk dəfə dünya təcrübəsi əsasında yaradılmış, 80 nəfərlik peşəkar işçi qüvvəsi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında 20-dən artıq xidmət növü ilə tam gömrük təmsilçilik xidmətləri kompleksini və beynəlxalq daşınmaların təşkilini həyata keçirir. “My Broker” gömrük təmsilçiliyi ölkəmizdə yaradılan ilk yerli və dünya standartlarına cavab verən müasir gömrük təmsilçisidir.

    “My Broker” ixtisaslaşmış gömrük təmsilçiliyinin yerli və xarici, fiziki və hüquqi şəxslərə tam gömrük təmsilçiliyi xidmətləri göstərmək məqsədi ilə Bakıdakı 1,3,4,5 saylı “ASAN Xidmət” mərkəzlərində və Sumqayıt “Asan xidmət” mərkəzlərində xidmət pəncərələri fəaliyyətə başlamışdır.“ASAN Xidmət” mərkəzlərində gömrük rəsmiləşdirilməsi üzrə məsləhət xidməti, sənədlərin qəbul olunması, mal alanın və ya göndərənin qanuni nümayəndəsinin iştirakı ilə gömrükləmə, “My Broker”-in tam təmsilçiliyi qismində gömrükləmə, eləcə də gömrük əməliyyatları üzrə xidmətlərindən istifadə etmək üçün müraciət edə bilərsiniz. 

    Şirkətin əsas məqsədi müştərilərə tək gömrük fəaliyyətinə dair əməliyyatların aparılmasında  yardımçı  olmaq deyil, həmçinin əsas fəaliyyət istiqamətindən fərqli olaraq bir sıra yeni fəaliyyət növlərini yüksək peşəkarlıqla müştərilərinə təqdim etməkdən ibarətdir. “My Broker” gömrük təmsilçiliyinin apardığı uğurlu kadr siyasəti nəticəsində beynəlxalq daşımaların rəsmiləşdirilməsi sahəsində zəngin təcrübəyə malik əməkdaşları öz sıralarına cəlb etməyə nail olmuşdur və bu öz növbəsində sözügedən sahədə müştərilərimizə  tam  xidmətlər paketini  təklif etməyə zəmin yaratmışdır.

    “My Broker” gömrük təmsilçiliyinin fəaliyyəti  Azərbaycan  Respublikası  gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin tapşırığı ilə onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsindən və gömrük prosedurunu həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır
  • Foto qalereya
Yüklənir