F.A.Q

Ulduzum necə işləyir?


*5555#YES yığın və ya * yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli kod alın. SMS-in qiyməti 0.03 AZN. Kodu partnyor məntəqəsində təqdim edin.

Ulduzum kodunu necə əldə edə bilərəm?

*5555#YES yığın və ya * yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli kod alın. SMS-in qiyməti 0.03 AZN. Həmçinin mobil əlavədən əldə edə bilərsiniz.

Ulduzum-a qoşulmaq üçün ödəniş etmək lazımdırmı?

Ulduzum-a qoşulmaq üçün göndərilən SMS pulsuzdur.

Ulduzum-da abünə haqqı varmı?

Abunə haqqı yoxdur.

Ulduzum kodunu harada istifadə edə bilərəm?

Kodu Ulduzum partnyor şəbəkəsində təqdim edin və endirimdən faydalanın. Partnyor siyahısını əldə etmək üçün http://ulduzum.az/partners daxil olun yaxud 2 yazıb 5555 qısa nömrəsinə SMS göndərin, və ya Bakcell Ulduzum mobil aplikasiyasını yükləyin.

Kodu istifadə etməsəm nə baş verəcək?

Hər bir kodun etibarlılıq müddəti 24 saatdır və həmin müddət ərzində kod aktiv qalacaq. Siz gün ərzində 10 dəfə kod əldə edə bilərsiniz. 24 saat ərzində istifadə edilməyən kod etibarsız sayılacaq.

Kodu istifadə etdim, amma bildiriş almadım.

Partnyordan endirimin təqdim edilməsi barədə SMS-in gəlməməsinin səbəbi haqqında məlumat tələb edin.

Hansı halda partnyor kodu qəbul etməyə bilər?

a. Həmin partnyor məntəqəsində partnyora məxsus kampaniya keçirildiyi zaman.
b. Hər hansı yeni bir Ulduzum kampaniyası çərçivəsində kodu başqa üsullarla almaq imkanı olduğu zaman.
c. Əldə edilən kodun etibarlıq müddəti 24 saatı keçdiyi təqdirdə.

Yeni partnyorlar haqqında məlumatı necə əldə etmək olar?

YENI yazıb 5555 qısa nömrəsinə SMS göndərin. SMS pulsuzdur.

Ulduzum kodunu gün ərzində neçə dəfə əldə etmək olar?

Siz gün ərzində 10 dəfə kod əldə edə bilərsiniz.

Ulduzum proqramından necə çıxa bilərəm?

STOP sözünü yazaraq 5555 qısa nömrəsinə SMS göndərin. SMS pulsuzdur.

Partnyor olmaq üçün hara müraciət edə bilərəm?

Bu keçiddən http://ulduzum.az/az/became-a-partner istifadə edərək müraciətinizi göndərə bilərsiniz.

Ulduzum bonus dəqiqələri / MB-ları necə əldə edib, paylaşa bilərəm?

Bonusları kütləvi formada əldə edə bilərsiniz. Bunun üçün ƏLAQƏ bölməsinə daxil olun.

Bakcell Ulduzum tətbiqini necə yükləyə bilərəm?

Mobil tətbiqdəki məbləği necə istifadə edə bilərəm?

Mobil tətbiqdəki məbləğ informativ xarakter daşıyır. Bu məbləğ Sizin ilk gündən əldə etdiyiniz endirim məbləğini bildirir.

Mobil tətbiqin istifadə üstünlüyü nədən ibarətdir?

Bakcell Ulduzum tətbiqi aşağıdakı üstünlükləri təqdim edir:
• Ulduzum tərəfdaşlarının xəritə üzərində coğrafi yerləşməsinə əsasən sizə yaxın yerləşən tərəfdaşları təyin etmək
• endirim kodunu almaq və gün ərzində istifadə edilməmiş imkanları öyrənmək
• mövcud Ulduzum tərəfdaşları, kampaniyaları və Ulduzum yenilikləri barədə məlumat əldə etmək
• əldə edilmiş endirim və imtiyazlar haqqında Facebook sosial şəəkəsində bir başa bölüşmək imkanı
• xərclədiyiniz və endirimli məbləği öyrənmək

Yüklənir