Şərtlər və qaydalar

Xahiş edirik, bu İstifadə Qaydalarını diqqətlə oxuyasınız. Bunlar sizin bu web sayta (Sayt) daxil olmaq və istifadə etməyinizi tənzimləmək üçün İstifadə Qaydalarıdır. Saytda Bakcell tərəfindən idarə olunan və həmçinin bu qayda və şərtlərə tabe olan internet saytlara, internet səhifələrə, məhsul və xidmətlərlə linklər vardır. Bakcell bu İstifadə Qaydalarını istənilən an dəyişiklik etmək hüququnu özündə saxlayır.

Məzmundan istifadə

Sayt vasitəsilə Sizə təqdim edilən xidmətlər Saytda mövcud olan və ya Sizin Saytdan istifadənizin nəticəsi olaraq təqdim edilən Məzmun və Funksiyalardan ibarətdir. Siz təsdiq edir və razılaşırsınız ki, bu İstifadə Qaydaları xüsusi olaraq müəyyən edilmiş və ya Saytda göstərilmiş şəkildə Saytdan və Xidmətlərdən yalnız şəxsi məqsədlər üçün istifadə etmək hüququna maliksiniz. Siz İstifadə Qaydalarını və bundan sonra göstərilmiş hüquq və öhdəlikləri ötürməyəcək, başqasına satmayacaq, icarəyə verməyəcək və ya hər hansı başqa yolla başqalarına verməyəcəksiniz. Hal-hazırda Saytdan istifadə pulsuzdur. Lakin, Bakcell gələcəkdə istifadəçiyə pullu xidmət göstərilən hər hansı bir hissəyə daxil olmasını aşkar bildirməklə Saytın bir hissəsinin və ya hamısının istifadəsi üçün haqq təyin etmək hüququnu özündə saxlayır. Bakcell Xidmətləri və Saytı öncədən xəbər vermədən və dərhal dayandırmaq, dəyişdirmək və ya ləğv etmək qərarına gələ bilər. Bakcell bu Şərt və Tələblərin hər hansı birinin sizin tərəfinizdən pozulması zamanı və ya Bakcell Saytı və Xidmətləri hər hansı bir səbəbdən təklif etməkdən imtina edərsə, Xidmətləri ləğv etmək və ya sizin Sayta daxil olmağınızın qarşısını almaq qərarına gələ bilər.

Siz Xidmətlərdən istifadə zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatı və ya mövcud Xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəklini dəyişdirə, nümayiş etdirə, paylaya, patentləşdirə, ötürə, sata, icra edə, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və/və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud original materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə biməzsiniz.

Sizin öhdəlikləriniz

Siz zəmanət verirsiniz ki, bu Saytdan və Xidmətlərdən yalnız İstifadə Qaydalarına uyğun, düzgün və qanuna riayət edərək istifadə edəcəksiniz və aşağıdakıları etməyəcəksiniz: ədəbsiz, pornoqrafik, hədələyici, irqçi, təhlükəli, təhqiredici, iftiralı, sirri aşkarlayan, (müəllif hüquqları daxil olmaqla) hər hansı intellektual mülkiyyət hüququnu pozan və ya başqa şəkildə etiraza səbəb olan və ya qanunsuz; mülki və ya cinayət məsuliyyətinə cəlb edilməyə səbəb ola biləcək sistemin və ya şəbəkənin təhlükəsizliyini pozmaq; Bakcell-in yazılı icazəsi olmadan hər hansı kommersiya məqsədi ilə Saytı və/və ya Xidmətləri reklam və ya hər hansı xidmət və malları satmaq üçün istifadə etmək; bilərək və ya ehtiyatsızlıqdan zərərə səbəb olan və ya ola bilən hər hansı elektron Məzmunun Sayta və/və ya Xidmətlərə daşınması.

Sizin məlumatınız

Sizin şəxsi məlumatınızın Bakcell tərəfindən istifadəsi İstifadə Qaydalarının tərkib hissəsi olan Bakcell-in Məxfilik Siyasəti üzrə Əsasnaməsi (link bu səhifənin sonundadır) əsasında yerinə yetirilir.

Mülkiyyət hüquqları

Siz bilirsiniz və razılaşırsınız ki, Bakcell, reklamçılar və ya hər hansı üçüncü tərəfdən təqdim edilən Xidmətlər və Sayt və ya burada olan başqa hissələr (bütün materiallar, ticarət nişanları və s.) müəllif hüquqları, ticarət nişanları, xidmət nişanları, patentlər və ya digər müəlliflik hüquqları və qanunlarla qorunur. Bütün hüquqlar tamamilə qorunur.

Siz burada Bakcell-ə həmişəlik, dəyişilməz, müəllif qonorarı olmadan Sayta və/və ya Xidmətlərə elektron ünvana, poçtla və ya başqa vasitə ilə təqdim olunmuş hər hansı bir Məzmunu uyğun gördüyü şəkildə və əvvəlcədən əksi qeyd olunmadığı təqdirdə, sizə xəbər vermədən təkrar istifadə etmək, köçürmək, dəyişdirmək, uyğunlaşdırmaq və/və ya çap etmək hüququnu təqdim edirsiniz.

Məsuliyyət

Bakcell istifadəçilər və üçüncü tərəf tərəfindən yaradılaraq və ya dərc edilərək Sayta və Xidmətlərə daxil edilmiş və ya Saytla əlaqələndirilmiş məzmun üçün məsuliyyət daşımır. Siz bununla hər hansı üçüncü tərəfdən və ona qarşı Bakcell-i zərərdən qorumağa və ödəməyə razılıq verirsiniz.

Bakcell özünün telekommunikasiya sistemlərindən qanunsuz istifadənin qarşısını almaq üçün və sistemlərin effektli işləməsini təmin etmək üçün və cinayəti müəyyən etmək və ya qarşısını almaq üçün sizin mətnli mesajlarınızı və ya digər məlumatlarınızı, xüsusilə Bakcell-in keyfiyyətə nəzarət və təlim kimi kommersiya məqsədləri üçün, qanuna uyğun şəkildə nəzarət və ya qeyd edə bilər.

Nə Bakcell, nə də Bakcell-in hər hansı bir üzvü Saytda yerləşdirilən Xidmətlərin istifadəsi və ya keyfiyyəti ilə əlaqədar əmələ gələn zərərlərə görə məsuliyyət daşımayacaq. Bakcell həmçinin Bakcell –dən asılı olmayan gecikmələr, yerinə yetirməmə, yanlış çatdırılma və ya xidmət kəsintisi ilə əlaqədar hər hansı bir itkiyə görə məsuliyyəti öz üzərinə götürmür. Bakcell sizin məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün ciddi cəhd göstərir. Lakin bizdən asılı olmayan səbəblərdən sizin məlumatlarınızın göndərilən şəxsdən başqa biriləri tərəfindən qanunsuz olaraq qarşısının alınması və ya əldə edilməsi riski mövcuddur.

Ümumi

Tərəflər arasında bütün mübahisələr sülh yolu ilə həll ediləcək, əks təqdirdə bütün mübahisələr Azərbaycan Qanunvericiliyinə uyğun həll olunacaq və Azərbaycan Respublikasının müvafiq Məhkəməsinə təqdim ediləcək.

Fors Major – Bakcell aşağıda göstərilən və bunlarla məhdudlaşmayan səbəblər üzündən: təbii fəlakət, sərt hava şəraiti, hökumət qərarı və ya dəyişməsi, texniki səbəblər və s. nəticəsində bu İstifadə Qaydalarını pozarsa, heç bir məsuliyyət daşımayacaq.

Yüklənir