Pulsuz SMS

1
Təsdiqləmə kodunun alınması
  • Mobil nömrə

Xidmətin göstərilməsinə dair razılıq

  • 1.1.

    “Abunəçi” razılaşır ki, “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS göndərə bilər.

  • 1.2.

    “Abunəçi” “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi üçün saytın müvafiq səhifəsinə daxil etdiyi şəxsi identifikasiya məlumatların tam və həqiqi olmasına görə məsuliyyət daşıyır.

  • 1.3.

    “Abunəçi” “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi üçün özünün şəxsi identifikasiya məlumatlarının üçüncü şəxslərə verilməsinə və bundan irəli gələn nəticələrə görə tam məsuliyyət daşıyır.

  • 1.4.

    “Abunəçi” razılaşır ki, istifadə etdiyi nömrədə borc yaranarsa, “Şirkət” öz İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi xidmətini dayandıra bilər.

  • 1.5.

    “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi xidmətinin qaydasını və formasını dəyişə bilər.

  • 1.6.

    “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsi xidmətinə istənilən vaxt birtərəfli qaydada xitam verə bilər.

  • 1.7.

    “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə göndərdiyi SMS-lərin mətninə görə hər hansı məsuliyyət daşımır.

  • 1.8.

    “Abunəçi” razılaşır ki, “Şirkət” öz İnternet saytı vasitəsilə göndərdiyi SMS-lərin vaxtı-vaxtında və qüsursuz çatdırılmasına zəmanət vermir.

  • 1.9.

    “Abunəçi” razılaşır ki, onun müvafiq xidmətdən qanunazidd məqsədlər üçün yararlanması aşkar olunarsa, “Abunəçi”nin “Şirkət”in İnternet saytı vasitəsilə pulsuz SMS-lərin göndərilməsinə çıxışı “Şirkət” tərəfindən birtərəfli qaydada bağlanıla bilər.

Yüklənir