Gözəllik və sağlamlıq

Bütün siyahı

Foot Care Center

İstifadə qaydaları

  • 1 yazıb 5555 qısa nömrəsinə SMS göndərin və proqrama qoşulun.

  • *5555#YES yığın və ya * yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli şifrə alın.

  • Aldığınız şifrəni Ulduzum partnyor şəbəkəsində təqdim edin və endirimdən faydalanın.

  • Qısa məlumat

    Ulduzumla Foot Care Center klinikasında 500 AZN-ə qədər olan xidmətlərə 20% ENDİRİM!

  • Ünvanlar
    Bakı şəh., Binəqədi r-nu, 8-ci mkr-on, Şövkət Məmmədova küç. 7
  • Telefonlar
    0125629999
  • Veb sayt
    www.facebook.com/footcarecenter.az/ www.instagram.com/footcarecenter.az/
  • Ətraflı məlumat

    Foot Care Center

    Azərbaycanda ilk olan Foot Care Center klinika  mütəxəssis podoloqları ilə xəstələrin ayaq və dırnaq problemlərinin tam şəkildə sağalmasına yardımçı olur. 

     

    Foot Care Center klinikada aşağıdakı prosedurlar həyata keçirilir:

    ✔ Dırnaq göbələyi

    ✔Mazol (döyənək)

    ✔Batıq dırnaq

    ✔Daban çatı

    ✔Deformasiya  olmuş dırnaq

    ✔Tibbi ayaq baxımı

     

    Sadalanan prosedurlar tam ağrısız şəkildə, eyni zamanda Almaniya istehsalı olan yüksək texnoloji aparatlarla müalicə edilir.

    Foot Care Center klinika dırnaq göbələyinin müalicəsində qalınlaşmış göbələk təbəqəsi təmizlənir və nəticədə sağlam dırnaq toxuması aşkarlanır. Dırnaq səthi həm sağlam dırnağın qorunması, həm də estetik və sağlam görünüş üçün xüsusi gel ilə örtülür. Bu şəkildə dırnaq göbələyinə tam şəkildə son qoyulur.

    Klinikamıza müraciət olunan ayaq problemlərindən biri də Mazoldur. Mazolun müalicəsi zamanı ilk növbədə döyənəkdə təzyiq və sürtünmə aradan qaldırılır. Daha sonra artan narahat toxuma çıxarılır. Podoloq döyənəyin vəziyyətinə uyğun olaraq qoruma aparatları və ya ortezlər seçir, həmin hissəni sürtünmədən qoruyaraq döyənəyi tam şəkildə müalicə etməklə yanaşı yenidən əmələ gəlməsinin qarşısını alır.

    Düzgün kəsilməyən dırnaq, yalnış pedikür və yalnış ayaqqabı seçimi nəticəsində yaranan batıq dırnaq probleminin müalicəsi Eti tel texnikası ilə həyata keçirilir. Klinikamızda aparılan batıq dırnaq müalicəsinin digər klinikalardan fərqi ondadır ki, dırnaq çıxarılmır, dırnaq toxuması zədələnmir və ilk prosedurdan artıq ağrı aradan qalxır. Bir neçə seansa isə tam şəkildə müalicə edilir.

    Daban çatı əksər insanlarda kompleksə səbəb olur. Foot Care Center klinika bu kompleksdən sizləri tam şəkildə azad edir. Xüsusi podologiya cihazları topuğun çatlamasına səbəb olan problemə əsaslanaraq tətbiq edilir. Dəridəki çatlaqlar və toxumalardakı keratin təmizləndikdən sonra müntəzəm qulluqla daban çatları müalicə edilir.

    Çox rast gəlinən dırnaq problemlərindən biri də dırnaq deformasiyasıdır. Dırnaq deformasiyası dırnağın qalınlaşması və rəng dəyişməsi ilə müşahidə olunur.

    Foot Care Center klinikada dırnaqların deformasiyası ilk növbədə tibbi ayaq baxımı və tibbi pedikür prosedurları ilə düzəldilir.

    Daha sonrakı prosedurda deformasiya səbəbinə uyğun olaraq Freze adlanan cihazlar və ya xüsusi müalice üsulu podoloq tərəfindən tətbiq edilir.

    Sağlam ayaqlara sahib olmaq üçün onlara qulluq etmək lazımdır. Tibbi ayaq baxımı ilə ayaqlar həm təmiz, həm rahat olur. Tibbi ayaq baxımında  müalicə quru aparatlarla aparılır, yalnız ölü dəri çıxarılır, canlı toxumaya toxunulmur. Ayda bir dəfə tibbi baxım kifayət edir.

     

    Bilgilərimiz və təcrübələrimiz sayəsində xalqımıza maksimum fayda vermək və sağlamlıqlarının qayğısına qalmaqda onlara yardımçı olmaq bizim əsas məqsədimizdir.

Yüklənir