Spendonate

İstifadə qaydaları

  • 1 yazıb 5555 qısa nömrəsinə SMS göndərin və proqrama qoşulun.

  • *5555#YES yığın və ya * yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli şifrə alın.

  • Aldığınız şifrəni Ulduzum partnyor şəbəkəsində təqdim edin və endirimdən faydalanın.

  • Qısa məlumat

    Spendonate mobil tətbiqi vasitəsilə alış-veriş edin, Ulduzumla 30%-dək cashback qazanin!

  • Ünvanlar
    Bakı şəh., Xan Şuşinski küç. 17
  • Veb sayt
    www.spendonate.com www.facebook.com/spendonate www.instagram.com/spendonate.az
  • Ətraflı məlumat

    Bilirsizmi ki, insan alış-veriş etdikdə, beyin Dopamin deyilən maddə ifraz edir və bu maddə insanın əhvalını qaldırır? Məhz ona görə depressiyada olan insanlara Retail Therapy tətbiq olunur. Eyni hormon insan kiməsə yardım edəndə və ya ianə edəndə ifraz olunur. Təsəvvür edin ki müştərilərinizə Sizdə alış-veriş etdikdə əlavə olaraq heç bir ödəniş etmədən yardım etmək imkanı verirsiz.

    Spendonate – bir mobil tətbiqdir (Android/iOS). Tətbiqin əsas mahiyyəti istifadəçilərə bizim partnyor şəbəkəmizdə etdikləri alış-veriş müqabilində bonuslar (kəşbəklər) vermək və bu bonusları elə sistem üzərindən sosial problemlərin həlli üçün yaradılan yardım kampaniyasına ödəməkdir. Yeri gəlmişkən yardım kampaniyaları da elə istifadəçilər tərəfindən yaradılır ki, bu da insanlara onları narahat edən sosial problemlərin həllində yardım edir. Partnyorlara isə bizim istifadəçilərə verdikləri bonus müqabilində sistem üzərindən ödənişsiz reklam imkanları yaratmışıq. Hal-hazırda 300-dən artıq məşhur internet mağazalarla (o cümlədən Ali Express, Alibaba, Trendyol, Gittigidiyor və s.) əməkdaşlıq edirik ki mövcud bazar şəraitində məhz bu sahələrdə aktivlik müşahidə olunur. Onu da qeyd edim ki, bu mağazaların istifadəçiləri həm, Azərbaycan vətəndaşları həm də ölkəmizdə yaşayan xarici vətəndaşlardır.

    Bizim digər keşbək sistemlərindən çox ciddi fərqlərimiz var:

     

    1. Digər sistemlərdən fərqli olaraq biz müştəriyə heç bir səbəb olmadan kəşbək verilməsinin tərəfdarı deyilik və Sizə boş "yeni müştəri" vədləri vermirik. Belə ki, Sizin verdiyiniz keşbəkləri aktivləşdirmək üçün müştəridən öz sosial şəbəkəsində Sizə aid bir paylaşım etməyi tələb olunur. Bununla Sizin reklamınız gedir və bu məhz reklam kimi deyil, təbii yolla adi insanlar tərəfindən həyata keçirilir. Bu isə bir qayda olaraq daha inamlı və güvənli olur. İstəməsəz müştəri əlavə addım atsın, verilən keşbəklərin birbaşa aktiv olması kimi imkan da mövcuddur.

     

    1. Digər sistemlərdən fərqli olaraq Sizin verdiyiniz kəşbəklər itmir. Belə ki, verdiyinz kəşbək müqabilində bizim şəbəkə daxilində reklam vermək imkanı veririk. (1 man=10 istifadəçi hesabı ilə)

     

    1. Digər sistemlərdən fərqli olaraq Sizin verəcəyiniz kəşbəklər Sizin rəqiblərinizdə deyil məhz elə sizin KSM (CSR) siyasətinizə uyğun olaraq xərclənəcəyinə əmin olursuz və bunula da daha sosial imic formalaşdırırsız.

     

    Bu layihə çox unikal və innovativdir. İnanırıq ki qeyd olunanlar Sizə yeni müştərilər cəlb edəcək və mövcudları daha loyal edəcək. Sizin bu sistemə qoşulmaqla və xırda toxunuşla bazara ciddi mesaj vermık imkanınız yaradır. Ayrıca xatırladmaq istərdim ki qoşulma üçün heç bir ödəniş tələb olunmur və müştəri alış veriış etdidı deyil yalnız bonusları aktiv etdikdə Siz ödəniş edirsiz. Düşünürük ki bu çox sərfəlidir. Loyallıq kartları isə ünsiyyət vasitəsi kimi kifayət qədər “soyuq” olur və lazım olduqa müştəri ilə əlaqə qurmaq omur. Bizim halda isə Siz nəinki öz müştərinizə həm də yeni müştərilərlə əlaqə qurmaq imkanınız olacaq.

     

    Tezliklə yeni funksiyalar əlavə olunacaq və iaşə obyektlərindəki artıq qidanın ehtiyacı olanlara ianə edilməsi və ya endirimlə satışı imkanı olacaq. İstərdim ki bunu daha ətraflı müzakirə etmək imkanımız olsun. Gəlin yaşadığımız cəmiyyətin və ətraf mühitin problemlərinin həllinə yardımçı olaq

Yüklənir